Bayer 3 ay əvvəl gətirdiyi baş məşqçini qovdu

01.09.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

"Bayer" (Leverkuzen) baş məşqçisi Erik ten Haqı istefaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano X hesabında məlumat verib.

Qeyd edək ki, Erik "Bayer"in baş məşqçisi vəzifəsinə may ayının sonunda gətirilmişdi. Daha əvvəl hollandiyalı mütəxəssis "Mançester Yunayted" klubunda çalışıb.

Əlavə edək ki, Almaniya çempionatının yeni mövsümündə Leverkuzen təmsilçisi ilk iki oyunda cəmi bir xal toplayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью