Bayer Alonsonun Real”a rəhbərlik etmək istəyinə mane olmayacaq

21.04.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xabi Alonso hələ də “Real”da Karlo Ançelottinin potensial varisi kimi görünür.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, jurnalist Fabrisio Romano iddia edir ki, “Bayer” Xabi Alonsonu klubda saxlamaq niyyətində deyil.

Qeyd edək ki, Karlo Ançelottinin tezliklə qovulacağı ilə bağlı söz-söhbətlər fonunda, onun yerinə “Bayer”in baş məşqçisinin gətiriləcəyi də getdikcə daha çox güman edilir.

Alonsonun özü indiyə qədər mümkün transferlə bağlı şərh verməkdən imtina edərək, diqqətini hazırkı klubunun tapşırıqlarına yönəltməyə çalışıb.

“Bayer” rəhbərliyi də öz növbəsində başa düşür ki, "Real"la rəqabət apara bilməyəcək və bu səbəbdən Alonsonun gedişinə mane olmayacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью