Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Bayer" Leverkuzen Alvaro Arbeloanın baş məşqçi vəzifəsinə namizədliyini qəbul etməyib.
QOL.az xəbər verir ki, "Sport Bild" nəşrinin məlumatına görə, ispaniyalı mütəxəssis meneceri vasitəsilə Almaniya klubu ilə əlaqə saxlasa da, rəhbərlik onu kifayət qədər təcrübəli hesab etməyib.
Leverkuzen təmsilçisi Arbeloanın potensialını yüksək qiymətləndirsə də, komandanı qarşıdakı mövsümdə yüksək hədəflərə aparmaq üçün lazım olan təcrübəyə malik olmadığını hesab edir.
Qeyd edək ki, Arbeloa bu ilin yanvarında "Real"ın baş məşqçisi təyin edilib. Lakin mövsümün sonuna yaxın klubla yolları ayrılıb.