Bayer Bundesliqada yeni rekord reallaşdırdı

23.02.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın “Bayer Leverkuzen” klubu baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında Bundesliqada unikal nailiyyətə imza atıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Opta" yayıb. 

Mənbənin hesablamasına görə, komanda ardıcıl 28 səfər matçında uduzmayıb. Rəqib meydanlarındakı məğlubiyyətsizlik seriyası Bundesliqanın rekordudur. Əvvəlki 27 məğlubiyyətsiz səfər matçı rekordu "Bayern Münhen" və "Köln" komandalarına məxsus idi. Bu komandalar Udo Lattekin rəhbərliyi altında rekorda imza atıblar. 

Xatırladaq ki, “Bayer” ötən gün səfərdə “Holştayn”a 2:0 hesabı ilə qalib gəlib. Qolları Patrik Şik və Amine Adli vurub. "Bayer" son Almaniya çempionudur. Leverkuzen təmsilçisi cari çempionatda "Bayern Münhen"dən 8 xal geri qalaraq ikinci yerdədir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью