Bayer dən ayrılacağını açıqladı

21.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bayer"in futbolçusu Conatan Ta mövsümün sonunda komandadan ayrılacaq.

QOL.az "Kicker"ə istinadən  verir ki, almaniyalı müdafiəçi yayda başa çatacaq müqaviləsini yenilməyəcəyini açıqlayıb:

"Klub bunu bilir. Mən hər şeyi tam şəffaflıqla çatdırmışam" - deyə futbolçu bildirib.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"də çıxış edir. Almaniya millisinin də üzvü olan 29 yaşlı futbolçu bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onunla "Barselona" yaxından maraqlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью