Bayer Erik ten Haqı istefaya göndərdi

01.09.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Bayer" (Leverkuzen) baş məşqçisi Erik ten Haqı istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat verib. Mənbənin məlumatına görə, Almaniya klubunun rəhbərliyi ten Haqın vəzifədən azad olunması qərarını bu gün səhər verib.

Erik "Bayer"in baş məşqçisi vəzifəsinə may ayının sonunda gətirilmişdi. Daha əvvəl hollandiyalı mütəxəssis "Mançester Yunayted" klubunda çalışıb. Almaniya çempionatının yeni mövsümündə Leverkuzen təmsilçisi ilk iki oyunda cəmi bir xal toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью