“Bayer” Fransa millisinin üzvünü TRANSFER ETDİ

21.08.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bayer" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, "qara-qırmızılar" "Sevilya"dan Loin Badeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

"Bayer" fransalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 25 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, "Sevilya" Loik Badeni 2023-cü ilin yanvar ayında "Renn"dən transfer etmişdi.
Fransa millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью