Bayer in futbolçusu Liverpul la anlaşdı

17.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul" Leverkuzen "Bayer"inin futbolçusu Ceremi Frimponqla anlaşıb. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İngiltərə klubu 24 yaşlı cinah müdafiəçisinin transferi üçün 35 milyon avro ödəyəcək. Niderlandlı oyunçu yaxın zamanda tibbi müayinədən keçəcək. Daha sonra isə onunla 5 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer"in heyətində 48 oyuna çıxaraq 5 qol vurub və 12 qolun ötürməsini edib. Onun komandası ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью