Bayer in kapitanı qərarını verdi

13.02.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bayer"in kapitanı Conatan Tanın gələcəyi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

29 yaşlı futbolçu klubdan ayrılacaq. O, gələn yay azad agent kimi "Barselona"ya keçəcək. 

Almaniyalı müdafiəçi digər klublardan təkliflər alsa da, “Barselona”nı seçib.

Qeyd edək ki, Conatan Ta cari mövsüm "Bayer"in heyətində 32 oyun keçirib, 2 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью