Bayer in müdafiəçisi Arsenal a keçir

01.09.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Arsenal" ekvadorlu futbolçunun keçidini həll edib. Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

İnkapye artıq Londondadır və London klubu üçün tibbi müayinədən keçib. 23 yaşlı mərkəz müdafiəçisi icarə əsasında "Arsenal"da çıxış edəcək.

Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan transfer edib. Ekvador millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью