Bayer in müdafiəçisi sıradan çıxdı mövsüm onun üçün erkən başa çatdı

19.03.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Roma"ya məxsus olan, "Bayer"də icarə əsasında çıxış edən Mario Hermoso bu mövsüm bir daha Almaniya klubuna kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, buna səbəb Hermosonun zədələnməsidi. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan müdafiəçi Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə cavab oyununda (0:2) zədələnib.

O, martın 18-də Madriddə əməliyyat olunacaq. Hermoso 2025-ci ilin yanvarında “Roma”dan icarəyə götürülüb və Leverkuzen klubunda 7 oyun keçirib, qol vurmayıb.

29 yaşlı müdafiəçi “Valyadolid”, “Espanyol”, “Atletiko” klublarında da çıxış edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью