Bayer in müdafiəçisi Tottenhem ə keçə bilər

14.02.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" ekvadorlu futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

London klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan transfer edib. Ekvador millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью