Bayer ispaniyalı müdafiəçini 30 milyon avroya transfer edir

01.08.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Napoli"nin müdafiəçisi Migel Qutyerres karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Skira yayıb.

"Bayer" ispaniyalı futbolçunun keçidini həll edib. Leverkuzen təmsilçisi Qutyerres üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyəcək. 25 yaşlı sol cinah müdafiəçisi "Bayer"lə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Migel Qutyerres 2025/26 mövsümündə "Napoli"nin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью