Bayer Leverkuzen in ulduzu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

14.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveçrə millisinin futbolçusu Qranit Caka Almaniyanın "Bayer Leverkuzen" komandasından ayrılmaq üzrədir.

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Belə ki, 32 yaşlı oyunçu həmin ölkənin "Neom" kollektivi ilə şifahi razılığa gəlib.

Əgər klublar arasında anlaşma əldə olunsa, Caka yeni komandasında ilinə 10 milyon avro qazanacaq.

Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Qranit Cakanın vaxtilə İngiltərə "Arsenal"ında birgə oynadığı fransalı hücumçu Aleksandr Lyakazett də "Neom"a transfer olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью