Bayer Leverkuzen ispaniyalı mütəxəssisə tapşırıldı RƏSMİ

04.06.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bayer Leverkuzen" yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Karles Martines komandanın "sükanı arxası"na keçib.

Geridə qalan mövsümü "Tuluza"da başa vuran 42 yaşlı çalışdırıcı 2 illik müqaviləyə imza atıb. O, Kasper Yulmannı əvəzləyib. Martines iyulun 1-dən yeni iş yerində fəaliyyətə başlayacaq.

Xatırladaq ki, "Tuluza" Liqa 1-də 9-cu yeri tutub. "Bayer Leverkuzen" isə Almaniya Bundesliqasında 59 xalla 6-cı olub.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью