“Bayer Leverkuzen” “Mayns”la oyunda məğlubiyyətdən qurtarıb

28.02.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya çempionatının 24-cü turunda “Bayer Leverkuzen” evdə “Mayns” ilə 1:1 hesablı heç-heçə edib.

Qonaqlar hesabı Şeraldo Bekkerin qolu ilə açıblar. Ev sahibləri əsas vaxtın bitməsinə iki dəqiqə qalmış Jarrell Kvansanın qolu ilə hesabı bərabərləşdiriblər.

“Bayer”in 40 xalı var və turnir cədvəlində altıncı yerdədir. “Mayns" 23 xalla 14-cü yerdədir.

Turun digər oyunlarında “Borussiya Mönhenqladbax” “Union”u 1:0, “Verder Bremen” “Haydenhaym”ı 2:0, “Sankt-Pauli” isə “Hoffenhaym”ı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью