Bayer Leverkuzen Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

14.05.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bayer Leverkuzen” baş məşqçi vəzifəsinə yeni namizəd müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, Xabi Alonsonun boşaldacağı posta "Monako"nun baş məşqçisi Adi Hütter gətiriləcək. 

İnformasiyanı "Lequipe" yayıb. Mənbənin məlumatına görə, Sesk Fabreqasın azı bir mövsüm daha "Komo"da qalmağa qərar verməsi "əczaçılar"ı alternativ axtarmağa vadar edib. Bundan sonra "Bayer" diqqətini Hütterə yönəldib. Onun "Monako" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub, lakin Leverkuzen 55 yaşlı avstriyalı mütəxəssisin müqaviləsinin vaxtından əvvəl ləğvi üçün Fransa klubuna pul ödəməyə hazırdır.

Hütter daha əvvəl - 2018-2022-ci illərdə Almaniya Bundesliqasında çalışıb. O, "Ayntraxt Frankfurt" və "Borussiya Münhenqladbax" klublarında baş məşqçi olub.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью