Icma.az bildirir, sport24.az portalına istinadən.
Leverkuzen "Bayer"i Leverkuzeni Mussa Diabinin transferi üçün "Əl-İttihad" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, klublar arasında 27 yaşlı fransız futbolçunun transferi ilə bağlı şifahi razılıq əldə edilib və sənədlər mübadiləsi aparılır.
Diabinin "Əl-İttihad"la müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, 2024-cü ilin iyulundan klubdadır. Hücumçu 2025/26 mövsümündə meydana çıxdığı 43 matçda 6 qol vurub və 15 məhsuldar ötürmə edib.
Diabi 2019-cu ildən 2023-cü ilə qədər "Bayer"də oynayıb. O, həmçinin karyerası ərzində "Aston Villa", PSJ və "Krotone"də oynayıb.