Bayer onu icarəyə verməyə razı oldu

03.09.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"AZ Alkmaar" Leverkuzen "Bayer"inin futbolçusu Andrea Natali ilə anlaşıb. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

17 yaşlı mərkəz müdafiəçisi Niderland klubunda icarə əsasında çıxış edəcək. Razılıq italiyalı oyunçunun daha çox oyun keçirəcəyi şərti üzərində əldə olunub. 

Qeyd edək ki, Andrea Natali "Bayer"in U-19 komandasında çıxış edir. O, ötən ilin yayında Leverkuzen təmsilçisinə "Barselona"nın akademiyasından transfer olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью