Bayer rəsmisindən Xabi Alonso açıqlaması

21.04.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bayer"in baş direktoru Fernando Karro baş məşqçi Xabi Alonsonun gələcəyi haqda danışıb.

QOL.az xəbər verir ki, bu barədə Fabritsio Romano paylaşım edib.

Mütəxəssis Xabinin "Real"a rəhbərlik edəcəyinə dair məlumatlara belə münasibət bildirib:

"Alonso ilə onun gedişi ilə bağlı centlmen razılaşmamız var. Xabi üçün təklif gəlsə, danışıqlar masasına oturacağıq və ona mane olmayacağıq".

Qeyd edək ki, Alonso "Real"ın hazırkı baş məşqçisi Karlo Ançelottinin yerinə əsas namizəd hesab olunur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью