“Bayer” “Roma”nın futbolçusunu icarəyə götürüb

31.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 31 yanvar, AZƏRTAC

Almaniyanın “Bayer” (Leverkuzen) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliya “Roma”sından Mario Hermosonu icarə əsasında heyətinə cəlb edib. İspaniyalı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Futbolçu “Roma”nın heyətində bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib və 1 qolla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью