Bayer təyinatı sabah açıqlayacaq

25.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bayer"in yeni baş məşqçisi məlum olub.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub komandanı Erik Ten Haqa tapşırıb. Tərəflər 2027-ci ilin yayına qədər müqavilə üçün razılaşıblar. Leverkuzen təmsilçisinin sabah mütəxəssislə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl "Bayer" baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Mütəxəssis "Real"ı çalışdıracaq.

Ten Haq isə ötən il "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsizdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью