Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bayer" mövsümün sonunda komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, Almaniya klubu sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssisə təşəkkür edib:
"Professor, məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".
Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracağı gözlənilir.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub. Bu mövsüm isə "Bayer" 2-ci yeri təmin edib.
"Beşiktaş" sabiq "Barsa"lı ilə danışıqlara başlayıb "Traktor" azarkeşləri çempionluğu İstanbulda qeyd ediblər - VİDEO "Real" Alonso ilə anlaşıb - KİV "Atletiko" müdafiəçisini sata bilər ÇL: Həftənin rəmzi komandası müəyyənləşib