Bayer yeni transferini açıqladı

11.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Bayer" yeni transferini açıqladı

Almaniyanın "Bayer" klubu heyətinə yeni oyunçu cəlb edib.

QOL.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Herta"dan 16 yaşlı yarımmüdafiəçi Kennet Eyxron transfer edilib. Gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Almaniyanın istedadlı futbolçularından olan Kennet ötən mövsüm "Herta"nın əsas komandasında 19 oyunda meydana çıxıb və 2 qol vurub. O, Almaniyanın U-17 millisinin üzvüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью