“Bayer”dən Benzema açıqlaması

15.09.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bayer”dən Benzema açıqlaması

Leverkuzen “Bayer”inin idman direktoru Simon Rolfes vaxtilə Fransa millisinin saiq futbolçusu Kərim Benzemanı transfer edəcəklərinə dair xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, funksioner Almaniya mətbuatına açıqlamasında 38 yaşlı hücumçunun komandaya keçidinin gündəmdə olmadığını deyib:

“Bizim heyətimiz artıq tam formalaşıb”.

Hazırda azad agent statusunda olan Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv edib. O, komandanın heyətində 16 oyuna çıxaraq 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Bayer” Bundesliqanın 2026/27 mövsümündə ilk 3 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью