“Bayer”dən gözlənilməz seçim 42 yaşlı katalan baş məşqçi oldu

05.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bayer”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Karles Martines Novelli komandanın başına gətirib.

42 yaşlı katalan mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Novell futbolçu karyerası olmayan məşqçilərdən hesab olunur. O, 16 yaşından etibarən məşqçi korpuslarında çalışıb və karyerası ərzində “Espanyol”, “Barselona” akademiyası, Qətər və Küveytin aşağı yaş qruplarında fəaliyyət göstərib.

İspaniyalı mütəxəssis 2022/2023 mövsümündə “Tuluza”nın məşqçilər korpusunda yer alıb və Fransa Kubokunun qazanılmasında iştirak edib. Bu, onun karyerasındakı yeganə tituludur.

“Bayer” ötən mövsümü Erik ten Haq, Kasper Hyulmandla keçirib və Bundesliqada 59 xal toplayaraq 6-cı yeri tutub.

Komanda növbəti mövsüm Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

"Liverpul"da yeni baş məşqçi: İraola dövrü rəsmən başladı “Beşiktaş” və “Trabzonspor” istəyir – “Konyaspor” qiyməti açıqladı Sörlot “Yuventus” yolunda: İlk danışıqlar başladı Zidan illər sonra etiraf etdi – “Asfaltda futbol oynayırdıq” Rikelmedən Vinisius planı – Prezident seçilsə, braziliyalını satacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью