Bayerdən heçheçə, Bavariyadan qələbə | Icma.az
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq. Almaniya Bundesliqasında 10-cu tur davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 5 matç keçirilib. Dortmund “Borussiya”sı “Maynts”a uduzub.
Son çempion "Bayer" "Bohum"la heç-heçə edib. "Bavariya" isə "Sankt Pauli"yə qalib gəlib.
Qeyd edək ki, Bundesliqanın turnir cədvəlinə 26 xalla "Bavariya" (10 oyun) liderlik edir.
"Leyptsiq" 21 xalla 2-ci (10 oyun), "Ayntraxt" isə 17 xalla (9 oyun) 3-cüdür.
Almaniya Bundesliqası, 10-cu tur "Bohum" – "Bayer" - 1:1 Qollar: Miyoşi, 89 – Şik, 18.
"Maynts" – "Borussiya" (Dortmund) - 3:1 Qollar: Li Sunq, 36. Burkardt, 45+3, Nebel, 54 – Girassi, 40.
"Sankt Pauli" – "Bavariya" - 0:1 Qol: Musiala, 22 "Verder" – "Holştayn" - 2:1 Qollar: Stage, 36, Burke, 89 – Harres, 48.
Tam oxu
Xəbəri oxu