“Bayer”dən icarə Faye “Selta”ya keçdi

03.08.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın “Bayer” klubu seneqallı müdafiəçisi Abdoulaye Fayeni İspaniya təmsilçisi “Selta”ya icarəyə göndərib.

Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu 2026/2027 mövsümünün sonunadək La Liqa klubunda çıxış edəcək. İcarə müqaviləsində satınalma hüququ nəzərdə tutulmayıb.

“Bayer” Fayeni 2025-ci ilin yayında İsveçin “Hakken” klubundan transfer etmişdi. O, ötən mövsümü Fransanın “Loryan” komandasında icarədə keçirib.

Seneqallı mərkəz müdafiəçisi 2025/2026 mövsümündə Liqa 1-də 17 oyunda meydana çıxıb.

Lui van Qal Niderland millisinə qayıdır? "Trabzonspor"dan Salah açıqlması La Liqada klubunu dəyişdi Kolo Muani rəsmən “Yuventus”da Argentina millisinin üzvü “Çelsi”də - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью