Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bundesliqanın debütantı “Elversberq” ilk turda “Bayer”ə qarşı keçirdiyi oyuna uğurlu start verib.
QOL.az xəbər verir ki, Saarland təmsilçisi qarşılaşmanın ilk 9 dəqiqəsində Almaniyanın ən güclü klublarından biri olan “Bayer”in qapısına iki qol vurub. 8-ci dəqiqədə Petkov hesabı açıb. Bundan cəmi bir dəqiqə sonra Kempbell fərqi iki topa çatdırıb.
Beləliklə, “Elversberq” Bundesliqadakı tarixinin ilk iki qolunu cəmi 9 dəqiqə ərzində vurub. Bu, turnirin yeni rekordudur. Bundesliqa tarixində heç bir klub debüt mövsümündə ilk iki qolunu bu qədər qısa müddətdə vura bilməyib.
Qeyd edək ki, qarşılaşma hazırda davam edir, “Elversberq” 3:2 hesabı ilə öndədir.