Bayerin forvardı yenə Nigeriya yığmasında zədələnib İdman və Biz

22.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bayer"in hücumçusu Viktor Bonifase mövsümün sonuna kimi sıradan çıxıb.

İdman.biz xəbər verir ki, o, Nigeriya yığmasının düşərgəsində zədələnib.

Bonifase DÇ-2026-nın seçmə mərhələsinin Ruanda (1:2) ilə qarşılaşmasında zədə alıb. Ona bud əzələsinin yırtığı diaqnozu qoyulub. Bu informasiyanı Nigeriya Futbol Federasiyası təsdiq edib.

Qeyd edək ki, Bonifase yanvarda Nigeriya yığmasının heyətində zədələnmiş və təxminən 2 ay yaşıl sahələrdən uzaq qalmışdı. Viktor bu mövsümdə Almaniya Bundesliqasında 6 qol vurub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью