“Bayer”in futbolçusu İspaniya klubuna keçə bilər

12.12.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bundesliqa təmsilçilərindən “Bayer”in futbolçusu Florian Virtz karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferində “Real” maraqlıdır.

“Kral klubu”nun rəhbərliyi yay "transfer pəncərəsi"ndə Virtzi almağa çalışacaq. Onun transfer dəyəri 130 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun “əczaçılar”la müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.

21 yaşlı futbolçu Almaniya çempionatının cari mövsümündə 13 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Çempionlar Liqası: Daha 2 klub növbəti mərhələ şansını itirdi Lionel Messinin Bakı səfəri başa çatıb Salah “Liverpul" tarixinə düşüb Hansi Flik cəzalandırılıb “Kəpəz”in "Zirə" ilə matçda zədələnən futbolçusunun son durumu açıqlanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью