Bayerin futbolçusu İtaliya klubuna keçə bilər

20.11.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bayer"in futbolçusu Patrik Şik qış transfer pəncərəsində klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, forvardı "Yuventus" transfer etmək istəyir.

“Qoca sinyora” Şiki zədəli Duşan Vlahoviçin əvəzləyicisi kimi nəzərdən keçirir.

İtalyan nəhəngləri Patriki satın almaq hüququ ilə icarəyə götürməyi planlayırlar.

Almaniya çempionatında 28 yaşlı hücumçu 8 oyun keçirib, bir qol vurub.

Onun transfer qiyməti 22 milyon avro qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью