“Bayer”in hücumçusu ÇL matçını buraxacaq

31.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bayer”in hücumçusu Viktor Bonifeys Çempionlar Liqasında bu gün “Brest”lə oyunu buraxacaq.

Futbolpress.az xəbər verir ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşən futbolçu bu səbəbdən Fransa təmsilçisi ilə matçda oynamayacaq.

23 yaşlı oyunçunun ciddi zədəsi yoxdur. Buna baxmayaraq, məşqçilər heyəti oyunçuya istirahət verib.

“Brest” – “Bayer” oyunu saat 20:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью