“Bayer”in müdafiəçisi üçün mövsüm başa çatdı

25.03.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Roma”dan icarəyə götürülən “Bayer”in müdafiəçisi Mario Hermoso üçün mövsüm erkən başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı ispaniyalı oyunçu Çempionlar Liqasının 1/8 finalında keçirilən “Bavariya” ilə cavab oyununda (0:2) zədələnib. Martın 18-də Hermoso Madriddə əməliyyat olunub.

Müdafiəçi bu ilin yanvarında “Roma”dan icarəyə götürüb. Hermoso komandanın heyətində yeddi oyun keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью