“Bayer”in müdafiəçisi üçün mövsüm bitdi

19.03.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bayer" aparıcı futbolçusunu itirib. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə cavab oyunundan (0:2) sonra komandanın müdafiəçisi Mario Ermosonun ciddi zədələndiyi müəyyənləşib. 

Bu haqda klubun sosial şəbəkə hesabında məlumat yayılıb:

"Bavariya ilə oyunda aldığı zədədən sonra Mario Ermoso uğurla əməliyyat olundu. Müdafiəçimiz mövsümün son hissəsini buraxacaq və daha tez sağalmaq üçün indi Werkstattda reabilitasiyaya başlayacaq... Sənə tezliklə qayıtmağı arzu edirik, Mario!"

Qeyd edək ki, Ermoso "Real"ın yetirməsir. O, karyerası ərzində vətənində "Espanyol" və Madrid "Atletiko"sunun formasını geyinib. Keçən yay "Roma" ilə anlaşan müdafiəçi yanvarda altı aylıq Leverkuzen klubuna icarəyə verilib. Futbolçu "aspirinlər"in heyətində 7 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью