Bayerin ulduzu zədələndi

23.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bayer"in mərkəz hücumçusu Viktor Bonifase zədələnib.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 23 yaşlı futbolçu Nigeriya millisinin heyətində sıradan çıxıb.

Xəbərdə bildirilib ki, Bonifasenin bu il meydana çıxacağı gözlənilmir. O, 2025-ci ildə oynaya biləcək.

Qeyd edək ki, Bonifase bu mövsüm "Bayer"in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 8 qol vurub və 1 qolun ötürməsini verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью