Bayern Çerki ilə maraqlanır

17.01.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"Lion"un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerki daha bir Avropa nəhənginin diqqətini çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə "Bayern" maraqlanır.

Münxen klubunun skautları fransalı futbolçunun çıxışını qiymətləndirmək üçün dekabrda Avropa Liqasının “Ayntraxt Frankfurt”la oyununda iştirak ediblər.

"Borussiya Dortmund" da "Lion"un ulduzuna iddialılar arasındadır.

"Transfermarkt" Çerkinin qiymətini 30 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью