Bayern in ulduzu sıradan çıxdı

05.04.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Bundesliqanın 28-ci turu çərçivəsində "Ausburq"la qarşılaşan "Bayern Münhen" 3 xalı (3:1) ciddi itki bahasına əldə edib. 

Fanat.Az xəbər verir ki, ikinci hissənin əvvəlində Münhen təmsilçisinin önəmli oyunçusu, yarımmüdafiəçi Camal Musiala zədələnib. 

İlk hissədə hesabda geri düşən "Bayern"in bərabərlik qolunu vuran Musiala fasilədən bir qədər sonra xəsarət alaraq oyunu davam etdirə bilməyib və yerini təcrübəli Tomas Müllerə verib. 

Musialanın zədəsinin nə dərəcədə ciddi olduğu sonra məlum olmasa da, 22 yaşlı futbolçunun bud nahiyəsindən zədə aldığı görünür. 

Qeyd edək ki, Camal Musiala bu mövsüm 40 matçda 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью