Bayern Münhen Barselonanın rekorduna şərik oldu

27.11.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda öz meydanında PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Bayern Münhen" "Barselona"nın qitənin ən nüfuzlu klub turnirindəki rekorduna şərik olub.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Almaniya nəhəngi bunu ardıcıl 33-cü ev oyununda uduzmayaraq bacarıb.

Kataloniya təmsilçisi 2009-2020-ci illər aralığında eyni sayda ÇL qarşılaşmasında "doğma divarlar arası"nda yenilgi tanımamışdı.

Qeyd edək ki, "Bayern" 33 qarşılaşmanın 31-də qələbə qazanıb.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью