Icma.az, Fanat portalına istinadən məlumat verir.
Almaniya nəhəngi "Bayern Münhen" müdafiə xəttini gələcək vəd edən futbolçularla gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi "Çelsi"nin 19 yaşlı müdafiəçisi Coş Açemponq ilə yaxından maraqlanır.
"The Guardian" nəşrinin yaydığı məlumata görə, Almaniya çempionu xüsusilə Dayot Upamekano və Kim Min-Jenin yayda komandadan ayrılma ehtimalını nəzərə alaraq müdafiəni möhkəmləndirmək istəyir.
Lakin London klubu gənc oyunçunu satmaq niyyətində deyil və hələlik bu transferlə bağlı rəsmi bir təklif almayıb. 19 yaşlı Açempongun transfer bazarı bağlananadək diqqət mərkəzində qalacağı gözlənilir.