Bayern Münhen fransalısı ilə bağlı qərarını verdi

07.02.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Fransalı müdafiəçi Dayot Upamekano “Bayern Münhen”dəki taleyinə böyük ölçüdə aydınlıq gəlib.  

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi 26 yaşlı futbolçusu ilə yeni müqavilə bağlayacaq.

Bu barədə "iMiaSanMia" məlumat yayıb. Mənbənin məlumatına görə, klub futbolçunun nümayəndəsi ilə danışıqlara başlayıb. 

Müdafiəçinin hazırki müqaviləsinin müddəti 2026-cı il iyunun sonunda başa çatır. 

"Transfermarkt" müdafiəçinin transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir. 

Upamekano cari Almaniya çempionatında 17 oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 5 sarı vərəqə ilə yadda qalıb.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью