Bayern Münhenin oyununda ölən azarkeş millinin sabiq baş məşqçisiymiş

08.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutan "Bayern Münhen" (Almaniya) - "Benfika" (Portuqaliya) matçı zamanı vəfat edən azarkeş Lüksemburqun qadınlardan ibarət yığmasının keçmiş baş məşqçisi olub.

Fanat.Az xəbər verir ki, məlumatı "RTL.lu" yayıb.

"Bayern" azarkeşi olan Romeyn Cin 2006-2012-ci illərdə Lüksemburqun qadınlardan ibarət komandasına rəhbərlik edib.

Qeyd edək ki, oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda vəfat edib. Noyabrın 6-da keçirilən "Bayern" - "Benfika" matçı Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью