Bayern Noyerin əvəzedicisini tapdı

27.12.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Bayern" heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Milli.Az xəbər verir ki, Münhen təmsilçisi Meksikanın "Kruz Azul" klubunda çıxış edən Kevin Mieri transfer etmək niyyətindədir. Bu barədə Meksika mediasından "Deportes Total" məlumat yayıb. 

Qolkiperin oyun tərzinin də Noyerin üslubuna bənzədiyi vurğulanıb. Ayaqlarından istifadə bacarığı, arxadan oyun qurma kimi xüsusiyyətləri transfer ehtimalını daha da artırır.

Qeyd edək ki, "Kruz Azul"la 48 matçda meydana çıxan Kevin 23 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. (Offsideplus.az)
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью