Bayern Noyerin xələfini İtaliyada tapdı

05.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martda 39 yaşı tamam olan Manuel Noyer "Bayern Münhen" ilə müqaviləsinin müddətini 2026-cı ilin yayına qədər uzadıb. 

Fanat.Az xəbər verir ki, buna baxmayaraq, Münhen komandası qarşıdakı illər üçün onun yerini tutacaq varis axtarışına başlayıb. 

“Bayern” artıq 2020-ci ildən Noyerin varisi hesab edilən 28 yaşlı Aleksandr Nübelin perspektivinə inanmır. 

Sky Sports"-un məlumatına görə, Almanya nəhəngi İtaliyanın "Parma" klubunun 22 yaşlı yaponiyalı qapıçısı Sion Suzuki ilə maraqlanır. Suzuki yayda A Seriyasına keçib - "Parma" onun üçün Belçika "Sent-Truden"inə 7,5 milyon avro ödəyib. Suzuki qısa vaxtda hazırda A Seriyasında 14-cü yerdə olan "Parma"nın əsas qapıçısına çevrildi. 

"Mançester Yunayted"in də Suzuki üçün mübarizə apardığı bildirilir.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью