“Bayern” ulduzunu saxlaya biləcək?

10.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubu ilə müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Tərəflər arasında danışıqlar gələn həftə, 33 yaşlı ingilis futbolçu məzuniyyətdən qayıtdıqdan sonra başlayacaq. Hücumçunun maaşında ciddi dəyişikliyin olacağı gözlənilmir. Hazırda illik 25 milyon avro qazanan Keyn Camal Musiala ilə birgə komandanın en çox məvacib alan iki futbolçusundan biridir.

Təcrübəli forvard 2023-cü ildə “Tottenhem”dən “Bavariya”ya keçib. O, Münhen təmsilçisinin heyətində meydana çıxdığı 147 rəsmi matçda 146 qol və 33 məhsuldar ötürmə ilə yadda qalıb.

Keynin klubla mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью