Bayıl stadionu təmirə bağlanacaq

03.04.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 aprel, AZƏRTAC

Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.

Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью