Bayılda formal oyun

23.05.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında sonuncu - XXXVI tura bu gün start veriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Səbail"in qonağı olacaq. 

Sonuncu pillədə qərarlaşan "dənizçilər"in elitanı tərk edəcəyi rəsmiləşib. "Sumqayıt" üçün isə bu oyunun o qədər də əhəmiyyəti yoxdur.

"ASCO Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

19:30. "Səbail" – "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Bakı. "ASCO Arena"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью