Icma.az bildirir, Qol.az saytına əsaslanaraq. Misli Premyer Liqasında 20-ci tur davam edir.
QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan artıq 1-i başlayıb. Günün ilk oyununda autsayderlər üz-üzə gəlir.
“Səbail” öz meydanında “Kəpəz”i qəbul edir. Hazırda paytaxt klubu 12 xalla turnir cədvəlində sonuncu – 10-cu yeri tutur.
Rəqibindən 2 xal artıq toplayan Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb.
"Kəpəz" qalib gələcəyi halda, yeganə izləyicisi ilə xal fərqini 5-ə qaldıracaq.
"Səbail" uğur qazanacağı halda isə "Kəpəz"i 1 xal geridə qoymaqla 9-cu pilləyə yüksələcək.
Cari mövsüm bu iki komandanın qarşıdurmasında tərəflər hərəyə 1 qələbə qazanıblar. İlk dövrədə “Səbail” rəqibini 4:0 hesabı darmadağın edib.
İkinci dövrədə isə üstün tərəf “Kəpəz” olub - 1:0. Günün ikinci matçında “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.