Bayılda kritik oyun mövqelər dəyişə bilər

03.03.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. Açılış oyununda autsayder “Səbail” “Şamaxı” ilə üz-üzə gələcək. Görüşə saat 17:00-da start veriləcək.

“Səbail” 24 turdan sonra 18 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv son 5 oyunda 1 qələbə qazanıb, 1 dəfə uduzub. 3 heç-heçə edən Bayıl təmsilçisi ardıcıl iki oyundur, uduzmur. “Səbail” mövqeyinə görə qazandığı hər xal mühümdür. Komandanın bugünkü dueli isə mövsümün ən kritik matçlarındandır.

“Şamaxı” hazırda 21 xalla 8-ci pillədədir və autsayderi üç xal qabaqlayır. Ayxan Abbasovun yetirmələri son 5 oyunda cəmi 1 qələbəyə sevinib. 3 dəfə uduzan “şirlər” 1 görüşdə də heç-heçə edib. Son turlardakı nəticələri və performansları nəzərə alsaq, “Səbail” cüzi üstün tərəf hesab edilir. Eyni zamanda meydan amili də “dənizçilər”dən yanadır.

Komandalar bu mövsüm 2 dəfə üz-üzə gəlib və bir görüş “Səbail”in qələbəsiylə başa çatıb, digəri qolsuz sonlanıb. Bayıl klubu birinci dövrədəki ev oyununa inamlı qələbə qazanıb – 2:0.

Bugünkü dueldə “Səbal” qələbə qazansa, 8-ci pilləyə yüksələ bilər. “Şamaxı” isə “Kəpəz”in xal itirməsini gözləyəcək. Əks halda, “şirlər” turu son pillədə başa vura bilər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью