Baykal gölündə 8 turist öldü

20.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiyanın Baykal gölündə səkkiz nəfər faciəli şəkildə həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, UAZ markalı nəqliyyat vasitəsi Çindən olan turistləri ekskursiyaya aparırmış. Qeyd edilir ki, sürücü qalın buz qatında çatı görməyib və avtomobil gölə düşüb.

Bildirilir ki, nəqliyyat vasitəsinin içində olan doqquz nəfərdən yalnız bir turist xilas olub. İlkin məlumatlara görə, yerli sürücü və yeddi Çin vətəndaşını xilas etmək mümkün olmayıb.

Hadisə yerində İrkutsk polisi əməkdaşları araşdırma aparırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью